Yanukoviçin “prezident” titulu ləğv edildi
Yanukoviç heç eks də deyil

Belə qərar bu gün Ali Rada tərəfindən verilib. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin "Ukrayna prezidenti" titulu ləğv edilib. Bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Məlumatda deyilir ki, belə qərar bu gün Ali Rada tərəfindən verilib.

Deputatların fikrincə, Yanukoviç öhdəsinə düşən vəzifəni yerinə yetirməyib və konstitusiya səlahiyyətlərindən könüllü imtina edib.

Sənəddə deyilir ki, eks-prezidentin hakimiyyəti qəsb etməsi Ukraynanın milli təhlükəsizliyinə və müdafiəsinə xələl gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə