“İrəli” İctimai Birliyinin gəncləri Azərbaycanı uğurla təmsil edirlər
"İrəli" İctimai Birliyinin (İB) gəncləri Avropa Komissiyasının icra etdiyi "Erasmus+" gənclər mübadiləsi proqramı çərçivəsində keçirilən "Run and Explore" tədbirində Azərbaycanı uğurla təmsil edirlər. İB-dən bildiriblər ki, layihəni icra edən tərəf "İrəli"nin tərəfdaşı, Türkiyənin ən böyük təşkilatlarından biri olan "Future Europe"dur.
Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzi ideyasının və idmanın yeni növü olan "Oryantiring"in əsas qaydalarının təbliğ edilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB