Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində təhsil alan tələbələrin təşəbbüsü ilə həyata keçirilən "Tələbədən tələbəyə -2" layihəsinə başlanıb. BDU-dan bildiriblər ki, onlayn media üzrə jurnalist, mediamenecer olmaq istəyənlər üçün nəzərdə tutulan təcrübə proqramının müddəti üç aydır. Proqramda iştirak ödənişsizdir.
Layihəyə qəbul olunacaq şəxslərə xəbər yazma, redaktə, fotojurnalistika, montaj, radio verilişlərin hazırlanması, sosial media marketinqi, bloq dərsləri keçiriləcək.
Fevral-may aylarını əhatə edəcək təcrübə proqramı təqdimat və praktika hissələrindən ibarət olacaq.
Seçilənlər təcrübəli tələbə jurnalistlərdən həm dərslər alacaq, həm də öyrəndiklərini həyata keçirib təcrübə qazanacaqlar. İştirakçılar praktik hissədə xəbər yazmağı, redaktə etməyi, foto və video çəkməyi, videomontaj, hazırladıqları materialı sosial şəbəkələrdə yaymağı öyrənəcəklər.
Layihəni bitirən şəxslərə sertifikatlar təqdim olunacaq.
http://azertag.az/xeber/829800
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB