2015-ci ilin mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacıağa qızı Almaszadənin anadan olmasının 100 illiyi tamam olur.
Milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Qəmər xanım Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən təkrarolunmaz obrazlar yaratmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox əsərlərə yüksək məharətlə quruluş vermiş sənətkarın milli kadrların hazırlanması sahəsində fəaliyyəti də təqdirə layiqdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda xoreoqrafiya sənətinin inkişafı və təbliğində mühüm xidmətləri olan SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB