"Gözünlə duyduqların" adlı Loqo sərgi keçirilib YENİLƏNİB-FOTOLAR

"Gözünlə duyduqların" adlı Loqo sərgi keçirilib YENİLƏNİB-FOTOLAR

Bu gün "Bakı Biznes Mərkəzi"ndə Azərbaycanda ilk dəfə "Gözünlə duyduqların" adlı Loqo sərgi keçirilib. SİA-nın məlumatına görə, sərgidə gənc dizayner Elçin Aşurovun müəllifi olduğu yeni üslub və baxışı özündə birləşdirən, dövlət və biznes strukturları ilə əməkdaşlıq əsasında hazırlanmış 80 loqo nümayiş olunub. Sərgidə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və bir çox dövlət qrumlarının nümayəndələri, özəl sektor mənsubları, mədəniyyət və incəsənət xadimləri və ictimai sahədən QHT rəhbərləri iştirak edib.

Müasir dövr cizgiləri ilə günümüzün aktual istiqamət və sahələrini əks etdirən loqolarla yanaşı sərgi iştirakçıları onların ifadə etdiyi mənalarla tanış olublar.

Çıxışı zamanı sərginin müəllif sərginin keçirilmə məqsədi və hədəfləri barədə danışıb. Müəllifə görə sərgidə əsas məqsəd bir-birindən fərqli kreativ loqoları ictimaiyyətlə paylaşmaqla yanaşı, cəmiyətdə bu sahəyə maraq oyatmaq və bu sahədəki yenilikləri və inkşafı göstərməkdən ibarətdir.

Müəllifin fikrincə bir işarə bir heca, işarələr birlikdə bir söz, onların gözlə təması artıq bitmiş bir fikirdir.

Məlumat üçün qeyd edək ki, müəllif Elçin Aşurov eyni zamanda MƏN korporativ brending şirkətinin (www.iam.az) təsisçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə