"Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) "Biomüxtəlifliyin Qorunmasına Dair" beynəlxalq konvensiyasına qoşulub. Bu səbəbdən irəli gələn "karfagen" protokollara ekstrasiya edilib". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, geni dəyişdirilmiş məhsullarla bağlı Azərbaycanda ciddi addımlar atılır. Hətta cənab prezidentin fərmanına əsasən belə məhsulları Azərbaycana gətirən şəxslər 50 min manat cərimə ediləcək. Buna baxmayaraq ölkəyə gətirilən məhsullatrın içərisində geni dəyişdirilmiş məhsulların faizi yüksəkdir: "Cənab prezidentin GMO-larla bağlı çox əhəmiyyətli siyasi iradəsi var. Cənab prezidentin fərmanına əsasən "GMO" ları Azərbaycana gətirilərək ticarət edən hüquqi şəxslər 50 min manatadək cərimə olunacaqlar. Bütün bunlara baxmayaraq, "GMO" irəliləyir. Çünkü "GMO" ların arxasında dünya ticarət mərkəzi dayanır dəfələrlə ümumdünya ticarət təşkilatının insanları bizim ofisdə olublar, istəyirlər ki "GMO" Azərbaycanda geniş yayılsın. Təəssüf ki, Ümumdünya Ticarət Təşkilatının istəklərini Azərbaycanda yerinə yetirən bəzi özlərini müstəqil ekspert adlandıran adamlar da var. Lakin Cənab Prezidentin fərmanlar və əhəmiyyətli sənədləri "GMO" nun yaranışının pis olduğunu deyir. Təəssüf ki, Azərbaycanda "GMO" fondu var. Hər kəs bilməlidir ki, hansı bitkinin toxumundan gələn ilə toxum götürəndə çıxmırsa o, artıq "GMO"dur. Ona görə də Azərbaycandakı pamidorların təxminən 60 faizi, qarpızların 80 faizi, soyanın 98 faizi "GMO"dur. Geni dəyişdirilmiş çuğundurlar belə var. Bunun kimi digər geni dəyişdirilmiş məhsullar Azərbaycana xarici ölkələrdən gətirilir. Baxmayaraq ki məhsulun keyfiyyəti ilə bağlı gömrük nəzarəti var, lakin görülən işlər göz qabağında deyil".
Eyyub Hüseynov geni dəyişdirilmiş məhsullarla mübarizə aparılması istiqamətlərinə də toxundu. Qeyd etdi ki, bunun üçün ciddi addımlar atılmalıdır: "Buna qarşı tədbirlər görmək üçün ilk növbədə Bakı Gömrüyündə də buna uyğun laboratoriyalar olmalıdır. Buna qarşı ciddi tədbirlər aparılmalıdır. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı xüsusi həyata keçirdiyi layihələr ciddi olaraq diqqətə alınmalıdır. Bu işlərə nəzarət edən dövlət orqanlarının fəaliyyətini artırmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB