Nə üçün uşaqlar evdən qaçır? MÜNASİBƏT

Nə üçün uşaqlar evdən qaçır? MÜNASİBƏT

"Ailə daxilində baş verən münaqişələr uşaqlara tez təsir göstərir. Valideynlərin övladlarına qarşı sərt münasibəti, onların şəxsiyyətinə toxunan sözlərin deyilməsi uşaqların evdən qaçmasına səbəb olur". Bunun SİA-ya açıqlamasında psixoloq Dəyanət Rzayev söyləyib. Bildirib ki, hətta belə hallar sonda uşağın intihar etməsinə də gətirib çıxarır: "Uşaqların evdən qaçmasının yeganə günahkarı valideynlərdir. Bəzən cəmiyyətdə mövcud olan lüzumsuz "Qızını döyməyən, dizini döyər" kimi misalların istifadə edilməsi yanlışdır. Valideynin övladlarına qarşı qəddar münasibəti sonda uşağın psixoloji travma keçirməsinə səbəb olur. Onu da deyim ki, valideyn hirsləndikdə övladının üzünə sillə vurur. Hesab edirəm ki, bu uşağın şəxsiyyət kimi formalaşmasına mənfi təsir edir. Hər şeydən əvvəl valideyn uşağını tanımalıdır. Çünki uşaq sirrini yalnız ailəsinə, valideynlərinə söyləməlidir. Təəssüf ki, buna görə də valideynlə övlad arasında yaxınlıq olmur. Ailə tərəfindən qınanılacağını düşündüyünə görə uşaq öz sirrini valideyninə söyləmək istəmir. Xüsusilə diqqətinizə çatdırım ki, bəzən valideyn övladını digər uşaqlarla müqayisə edir. Bu, tamamilə yolverilməzdir. Çünki uşaqda komplekslər yaranmağa başlayır ki, bu da sonda onun psixoloji travma almasına gətirib çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə