Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda "İntermetal və metal amorf nanoərintilərin struktur-xassə əlaqələrinin modelləşdirilməsi, nəzəri metodlarla hesablanması, mexaniki nanoərintiləmə metodu ilə sintezi və xarakterizə olunması" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, məruzəçi İslam Dünyası Elmlər Akademiyasının Həqiqi üzvü, Türkiyə Orta Doğu Texniki Universitetinin Metallurgiya və Materiallar Mühəndisliyi Departamentinin professoru, Yüksək Texnologiyalı Materialların dizaynı və inkişaf etdirilməsi laboratoriyasının müdiri, fizika üzrə elmlər doktoru Həmdulla Mehrabov olub. İlk olaraq mövzunun aktuallığından danışan H. Mehrabov laboratoriyasında görülən işlərdən, həyata keçirilən layihələr haqqında qısa məlumat verib, Türkiyədə elmi layihələrin qrantlərın verilmə qaydaları və yerinə yetirilməsi prinsipləri haqqında fikir mübadiləsi aparıb. Seminarda nanomaterialların sintez edilməsi metodları, tətbiq sahələri, mövcud imkanlar və problemlər haqqında da söhbət açılıb.
Qeyd edək ki, seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB