Fuad Muradov beynəlxalq konfransında iştirak edəcək

Fuad Muradov beynəlxalq konfransında iştirak edəcək

Milli Məclisin deputatı Fuad Muradov 5-8 fevral tarixində Almaniyanın Münhen şəhərində keçiriləcək "Münhen Gənc liderlər -2015" layihəsində iştirak edəcək. SİA-nın xəbərinə görə, "Münhen Gənc Liderlər" layihəsi Münhen Təhlükəsizlik konfransı və Körber Fondunun müştərək gənc liderlər şəbəkəsidir. 25 ölkədən dəvət olunmuş nümayəndələr arasında Azərbaycan Milli Məclisini Fuad Muradov təmsil edəcək. "Münhen Gənc Liderlər 2015" layihesinin istirakcıları 51- ci Münhen Təhlükəsizlik Konfransının proqramının muzakirəsində də istirak edəcəklər. Tədbirə Almaniya siyasətçiləri, NATO-dan və partnyor ölkələrdən nümayəndələr qatılacaq.

25 gənc siyasi liderin iştirak etdiyi tədbirdə Loran Fabius, Henri Kissincer, Tomas de Mazier, Radoslav Sikovski və Cavad Şarif kimi dövlət xadimləri ilə müzakirə aparmaq imkanları olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə