Şahbaz Rüstəmov: “Rəqəmsal kadastr xəritələrinin hazırlanmasına başlanılıb” AÇIQLAMA
"Respublika üzrə daşınmaz əmlakın kadastrı və ünvan reyestri ilə bağlı fəaliyyət həyata keçirilərkən digər aidiyyəti qurumlarla birlikdə hərəkət etmək, qarşılıqlı fəaliyyət göstərmək zəruridir". SİA-nın məlumatına görə, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən İctimai Təqdimatı zamanı jurnalistlərə açıqlama verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib.
O, tədbirin əhəmiyyətindən danışıb. Daşınmaz Əmlakın tərtibi, ünvan reyestrinin digər təşkilatların fəaliyyətinə də təsir etdiyini vurğulayıb: "Məhz bu məqsədlə, bu tədbir digər dövlət qurumları, aidiyyəti və maraqlı təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilir. Daşınmaz əmlakın kadastrı və ünvan reyestri kimi sahələr sosial baxımdan çox əhəmiyyətlidir. Ölkə üzrə daşınmaz əmlakların elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritələrinin tərtibi, ünvan məlumatlarını vahid virtual məkanda cəmləşdirən ünvan reyestrinin yaradılması bu işlərlə bilavasitə və ya dolayısı ilə əlaqəli olan digər təşkilatların da fəaliyyətlərinə təsir göstərir".
Rüstəm Şahbazov elektron kadastr məlumat bazasının istifadəsinə də toxunub. Respublikanın regionlarında da elektron kadastr məlumat bazalarının yaradılmasına başlanıldığını vurğulayıb: "Elektron kadastr məlumat bazası ölkədə əmlak idarəçiliyinin müasir əsaslarla qurulmasına, ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa şərait yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilk növbədə Bakı, Gəncə və respublika tabeli digər şəhərlər üçün daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazalarının və rəqəmsal kadastr xəritələrinin hazırlanmasına başlanılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB