"Azərbaycan Könüllülük Xidməti" "İlin könüllüsü" mükafatına namizədlərin qəbulunu elan edir. SİA-nın məlumatına görə, "İlin könüllüsü" mükafatı 2015-ci ilin fevral ayında təşkil olunacaq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) İllik yekun tədbirində seçilmiş "İlin könüllüsü"nə təqdim olunacaq.
"İlin könüllüsü" mükafatı "Azərbaycan Könüllülük Xidməti" tərəfindən könüllülərin fəaliyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması məqsədilə təsis olunub.
"İlin könüllüsü" mükafatına 2014-cü il ərzində "AKX" Proqramı çərçivəsində iştirak etmiş könüllülər öz namizədliyini təqdim edə bilərlər. Seçim prossesi Azərbaycan Könüllülük Xidməti Proqramının Koordinasiya Şurası tərəfindən müraciət forması əsasında həyata keçirilir. Könüllülər üçün müraciət formasını www.akx.nayora.az ünvanına daxil olaraq doldurmaq mümkündür.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Könüllülük Xidməti Avropa Könüllülük Xidmətinin (EVS) Azərbaycan Modeli olaraq, gənclər arasında könüllülüyün təbliği və gənclərin könüllü fəaliyyətə cəlb olunması məqsədi ilə yaradılıb. 2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "Azərbaycan Könüllülük Xidməti" Proqramı Respublikanın müxtəlif regionlarından və Bakı şəhərindən olan 15 Gənclər Evi və Mərkəzlərindən olan 20 könüllülün regionlararası mübadiləsini həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB