Daşınmaz əmlakın reyestri ilə bağlı ictimai təqdimat keçirilib Fotolar

Daşınmaz əmlakın reyestri ilə bağlı ictimai təqdimat keçirilib Fotolar

Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər" mövzusunda İctimai Təqdimat keçirib. SİA-nın məlumatına görə, tədbir Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahələrində həyata keçirdiyi tədbirlər, əldə edilmiş nailiyyətlər və gələcək perspektivlərə həsr olunub. Tədbirin məqsədi həmçinin kadastr və ünvan işinin aparılmasında digər əlaqədar dövlət qurumları ilə fəaliyyəti əlaqələndirmək, koordinasiya işlərini sürətləndirmək ibarət olub. Eyni zamanda, bu prosesin həyata keçirilməsi zamanı həm ictimaiyyətin, həm də qurumların dəstəyinə nail olmaqdır. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və tabeli qurumlarının, aidiyyəti nazirlik, komitə idarə və təşkilatlarının, yerli icra hakimiyyətləri, bələdiyyələr, Almaniyanın KfW Bankı və GİZ təşkilatı, ictimai birliklər və daşınmaz əmlakla bağlı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbiri giriş sözü ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov açıb. Sədr müavini qeyd edib ki, dövlət başçısının müvafiq Fərmanlarına əsasən, komitənin fəaliyyət istiqamətlərindən biri də ölkə üzrə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtibi və aparılmasıdır. Tədbirdə Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Mərkəzinin Direktoru Ramiz Quliyev "Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər" mövzusunda çıxış edib. Bildirilib ki, son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi, ölkədəki daşınmaz əmlakların rəqəmsal kadastr xəritələrinin hazırlanması ilə bağlı mühüm işlər həyata keçirilir. Azərbaycan Respublikasında qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir kadastr sistemi yaradılmaqdadır. Daşınmaz əmlakın kadastrı sahəsində qanunvericilik təkmilləşdirilir, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır. Müxtəlif beynəlxalq layihələr həyata keçirilir, kadastr və ünvan istehsalatına ən müasir texnika və texnologiyalar gətirilir. Daha sonra tədbirdə daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsində nailiyyətlər və nəticələri əks etdirən video-çarx nümayiş olunub. Həmçinin Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemi ilə bağlı digər çıxışlar və təqdimatlar olub. Tədbir çərçivəsində müxtəlif müzakirələr aparılıb, sonda isə verilən suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə