İLESAM nümayəndələri Bakıda səfərdədir

İLESAM nümayəndələri Bakıda səfərdədir

Türkiyənin Bakıdakı Səfirliyinin Mədəniyyət və Tanıtım şöbəsinin təşkilatçılığı ilə İLESAM-ın (Elm və Ədəbiyyat Əsərləri Müəlliflərinin Həmkarlar Təşkilatı) sədri Məhmət Nuri Barmaqsız, İLESAM-ın sədr müavini İltər Türkay ilə birlikdə Fevralın 6-na qədər Bakıda səfərdədir. SİA-nın məlumatına görə, İLESAM ilə Azərbaycan Yazıçılar Birliyi arasında bu gün əməkdaşlıq protokolu imzalanacaq. Protokola əsasən Azərbaycan və Türkiyədə dərc olunan elmi və ədəbi əsərlər qarşılıqlı tərcümə edilərək, xüsusilə də hər iki ölkədə yaşayan günümüzün yazıçıları, ziyalıları və alimlərin əsərlərinin oxunmasına, tanınmasına, öyrənilməsinə və hər iki ölkənin ədəbiyyat həyatında daha dərin təsirlərin ortaya çıxarılmasına və iki ölkənin mədəni və ədəbi həyatında əlverişli bir şəraitin formalaşdırılmasına dəstəyin əldə edilməsi məqsədi qoyulub.

Bundan başqa İLESAM rəhbərliyi Azərbaycan Milli Kitabxanasını, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunu, Bəstəkarlar İttifaqını, Müəllif Hüquqları İctimai Birliyini, Atatürk Mərkəzi, Dünya Gənc Yazıçılar Birliyi və Aşıq Şəmşir Ocağı kimi dəyərli mədəniyyət qurumlarını ziyarət edəcək, ziyalı və yazıçılarla görüşəcək və qarşılıqlı əməkdaşlıq imkanları araşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə