Meşələrdə 14 yanğın hadisəsi baş verib

Meşələrdə 14 yanğın hadisəsi baş verib

Ötən ilin iyul-avqust aylarında Azərbaycanda havaların uzun müddət quraq keçməsi nəticəsində meşələrdə 14 yanğın hadisəsi baş verib. Ümumilikdə isə 58 hektar meşə fondu sahəsi yanğına məruz qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, meşə yanğınlarının operativ şəkildə söndürülməsi təmin edilib. Yanğın hadisələrinin hamısı aktlaşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. 12 yanğın hadisəsinə görə hesablanmış 7897,67 manat ziyandan 3502,31 manatı ödənilib, 2 hadisə üzrə hesablanmış 4395,36 manat ziyanın ödənilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün sənədlər aidiyyəti polis şöbələrinə göndərilib.

Yanğın hadisələrinin baş verdiyi müəssisələrin 55 nəfər cavabdeh işçisi barəsində intizam tənbeh tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə