Gənclər üçün Təhsil Mərkəzi və "AuraPark"ın birgə təşəbbüsü ilə Gəncə şəhərində 2 fevral - Gənclər Günü münasibətilə "Gəncliyin ritmini duy!" adlı mədəni proqram təşkil edilib. Gənclər üçün Təhsil Mərkəzindən bildiriblər ki, qurumun Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə tədbiri açaraq, gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Bildirilib ki, Azərbaycan dövləti tərəfindən gənclərin hərtərəfli inkişafı üçün bütün şərait yaradılıb və bu istiqamətdə islahatlar davam etdirilməkdədir. Həmçinin vurğulanıb ki, Azərbaycan gəncliyinin inkişafı, istedadlı, bilikli gənc kadrların yetişdirilməsi üçün bu təbəqədən olan insanların həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük önəm verilir.
Regional ofisinin rəhbəri, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Amil Qurbanov və başqaları çıxış edərək, gənclərə xoş arzularını çatdırıblar.
Tədbir gənc vokal ifaçıları, reperlər və rəqs qruplarının maraqlı ifaları ilə davam edib. Həmçinin gənclər tərəfindən əyləncəli oyunlar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB