Astara rayonunun Siyəkü kənd sakini 28 yaşlı Rəisə Əbülfəz qızı Nabatova Lənkəran Mərkəzi Xəstəxanasına ötən ayın 26-dan çöx döllü hamiləlik diaqnozu ilə daxil olub. SİA-nın Cənub bürosunun məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya daxil olan gənc ana dərhal həkimlərin nəzarətinə götürülüb. Bir müddət müalicə alan anada ötən gecə qəfil doğuş başlayıb. Xəstə geysəriyyə yolu ilə əməliyat olunaraq 3-ü oğlan 1-i qız olmaqla 4 uşaq dünyaya gətirib.
Hazırda küvyezdə saxlanılan uşaqların birinin çəkisi 2 kq, ikincisi 1,9 kq, ücüncüsü 1,6, sonuncusu isə 1,4 kq dır.
Qeyd edək ki, bu gənc ananın ikinci doğuşudur.İki il bundan əvvəl də Rəsiə Nabatovanın geysəriyyə yolu ilə dünyaya gətirdiyi uşaq dünyasını dəyişib.
Doğum şöbəsinin müdiri Yeganə Nəhmətova bildirib ki, ana və uşaqları hələ bir müddət xəstəxanada həkimlərin nəzarətində olacaqlar.
Hazırda ananın və uşaqların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB