Ombudsman səfiri qəbul etdi

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendseni qəbul edib. Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə Ombudsman Norveçə səfərlər etdiyini, sabiq həmkarı ilə insan hüquqları sahəsində sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını söyləyib.


Səfir Azərbaycanda fəaliyyətə başladığı ilk günlərdən dövlət rəsmləri ilə, habelə həssas qruplardan olan qaçqın və məcburi köçkünlərlə görüşdüyünü və onların vəziyyəti ilə maraqlandığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə