Firudin Məmmədov: “Bu medal bizə mənəvi dəstək verəcək”

Firudin Məmmədov: “Bu medal bizə mənəvi dəstək verəcək”

"Ölkə Prezidenti Cənab İlham Əliyevin Azərbaycan Respublikasından olan iştirakçıların "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı ilə təltif edilməsi haqqında imzaladığı sərəncam müharibə iştirakçılarına dövlətimizin diqqət və qayğısının həmçinin mənəvi dəstəyinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası "Vətən Müharibəsi Əlilləri" İctimai Birliyinin sədri Firudin Məmmədov deyib.

Onun sözlərinə görə, bu sərəncam Böyük Vətən Müharibəsi iştirakçılarına mənəvi rahatlıq gətirəcək: "Ümumlikdə hər il 9 May - Qələbə günü ərəfəsində dövlətimiz böyük vətən müharibəsi iştirakçılarına, həmçinin müharibədə həlak olanların ailələrinə əlavə maddi yardımlar ayırır. Sərəncama uyğun olaraq təltif ediləcək medal isə bir daha qeyd edim ki, məhz müharibə iştirakçılarına mənəvi dəstək olmaq üçün nəzərdə tutulub. Onu da vurğalamaq istərdim ki, ölkəmizdə 1941-45-ci illər müharibəsi qurbanlarının xatirəsi daim əziz tutulur və hər keçən gün ölkə rəhbərliyinin Böyük Vətən müharibəsi veteranlarına bütün sahələrdə göstərdiyi diqqət və qayğı yüksələn xətlə davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə