ATGTİ nümayəndələrinin İsrailə səfəri yekunlaşıb FOTOLAR

ATGTİ nümayəndələrinin İsrailə səfəri yekunlaşıb FOTOLAR

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin direktoru Pərvin Rəhimli və təşkilatın mətbuat katibi Məcid Musayevin İsrailə səfəri yekunlaşıb. Xatırladırıq ki, nümayəndələrimiz 25 yanvar - 1 fevral tarixlərində "İsrail tələbələrinin səsi" (Tafnit - Israeli Students' Voices) təşkilatının Avropa Tələbələr Birliyi (ESU) ilə birgə təşkil etdikləri tələbə liderlərin görüşündə ölkəmizi təmsil ediblər. SİA-nın məlumatına görə, səfər çərçivəsində Qüds və Tel-Əviv şəhərlərinə baş çəkən tədbir iştiraçıları İsrailin Baş naziri Benyamin Netanyaxu, ölkənin Xarici İşlər Nazirliyinin rəsmiləri, Tel-Əviv şəhərinin merinin 1-ci müavini Asaf Zamirlə görüşlərə qatılıb, İsrailin tarixi ilə yaxından tanış olublar. Holokost qurbanlarının beynəlxalq anım günündə (27 yanvar) Milli Fəlakət (Holokost) və Hünərlik Memorialına (Yad Va-Şem) səfər ediblər. Eyni zamanda İsrailin Aşdot, Aşkilon və Sderot şəhərlərində də olan nümayəndələrimiz İsrail Silahlı Qüvvələrinin əsgərləri ilə də görüşüblər.

Bundan əlavə tədbirdə nümayəndələrimiz avropalı həmyaşıdlarını Azərbaycanın təhsil sistemi, Boloniya prosesi haqqında məlumatlandıraraq, Boloniya təhsil sisteminin gələcəyini müzakirə ediblər. Eləcə də, tələbə liderlərin formalaşmasında ölkəmizin fəaliyyət modeli haqqında məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə