Masallıda gənclərin sevinci

Masallıda Gənclər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov 2014-ci ildə dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Bildirib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını müəyyənləşdirən aparıcı qüvvədir. Azərbaycan gənclərinin günümüzün müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

Çıxışlarda qeyd olunub ki, dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan gəncliyinin qayğıyla əhatə olunması, onların istək və arzularının reallaşması üçün hər cür şərait yardılıb.

Tədbirdə gənclərin bir qrupuna fəxri-fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

Mərasim rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə