Lənkəranda Gənclər günü təntənə ilə qeyd olunub FOTOLAR

Lənkəranda Gənclər günü təntənə ilə qeyd olunub FOTOLAR

2 fevral – Gənclər günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd olundu. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə Gənclər Mərkəzində şənlik keçirildi.

Şənlikdən əvvəl iştirakçılar Heydər Əliyev Xatirə parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzdülər.

Şənlikdə ilk olaraq Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov çıxış edərək iştirakçıları salamladı, rayonda aparılan gənclər siyasəti və hazırda gənclərin sosial vəziyyəti haqqında məlumat verdi.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov çıxış edərək tədbir iştirakçılarını salamladı, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi.

Çıxışında Lənkəranda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan İ.Dadaşov qeyd etdi ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırki səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.

Çıxışının sonunda İlqar Dadaşov bir daha gəncləri ölkəmizin inkişafı və tərəqqisi üçün var qüvvəsi ilə çalışan Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və ona dəstək olmağa səslədi.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə ŞİH-nin Fəxri fərmanları təqdim olundu.

Şənlik müxtəlif çıxışlarla davam etdi.

Aparıcılar gəncliyə həsr olunan şeirlər səsləndirdilər.

Tədbirə dəvət olunan müğənnilər müxtəlif musiqi nömrələri ifa etdilər.

Maraqlı keçən şənlik boyu gənclər musiqi sədaları altında rəqs edərək əyləndilər.

** **

2 fevral-Gənclər günüi münasibətilə Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Lənkəran şəhərindəki N saylı hərbi hissədə tədbir keçirilib. Tədbirdə çıxış edən İdarənin rəisi Yalçın Əhmədov ölkəmizdə gənclər siyasəti barədə ətraflı məlumat verib, əlamətdar gün münasibətilə gənc əsgərləri təbrik edib. Rayonun ictimai həyatında fərqlənən gənclərə və hərbi xidmətdə fərqlənən bir qrup əskərə fəxri-fərmanlar və hədiyyələr təqdim edilib. Tədbir iştirakçılarına Lənkəran Dövlət Humanitar Kollecinin, Lənkəran Tibb Kollecinin və Lənkəran Dövlət Universitetinin tələbələrinin və rayonumuzun mədəni-kütləvi tədbirlərində fərqlənən gənclərin iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib, əskərlər arasında viktorinalar keçirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə