Fevralın 4-dən Azərbaycan ərazisində hava şəraiti pisləşəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 4-ü və 5-də davam edəcək.
Bu gün ölkə ərazisində müşahidə olunan cənub-qərb küləyi sabahdan etibarən şimal küləyinə keçəcək. Fevralın 4-ü və 5-də gecə və səhər ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunacaq. Şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə enəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB