Bu gün Milli Məclisin bu gün keçirilən iclasında "Reklam haaqqında" qanuna dəyişikliklər müzakirə edilib. SİA-nın məlumatına görə, qanunun müzakirəsi zamanı millət vəkili deyib ki, bu qanun təkmilləşdirilməsinə çoxdan ehtiyac vardı.
E.Axundova təklif edib ki, savadsız reklamların qarşısının alınması da qanunda öz əksini tapsın.
Millət vəkili Zahid Oruc qeyd edib ki, əvvəlki qanun həm beynəlxalq tələblərə, həm də mənəvi tələblərə uyğun gəlmirdi: "Həmkarlarımın yol qırağı məkanlarda hərbi vətənpərvərlik xarakterli reklamların yayımlanmasının zəruri olması ilə bağlı səsləndirdikləri fikirlərinə cavab olaraq deyə bilərəm ki, bu məsələ ən çox KİV-lərdə və elektron yazılı mətbuatda yayımlanmalıdır. Bu səbəbdən də mövcud qanunun adını "KİV-də reklam haqqında" qanun layihəsi qoymaq lazım idi. Bundan başqa, qanunun 28-ci maddəsinə kəskin qarşı çıxıram. Çünki orada qeyd olunub ki, 24 saat efirin 20 faizini reklam təşkil edə bilər. Həmin vaxtı da hesablasaq görərik ki, gün ərzində 4 saat 40 dəqiqə reklam nümayiş olunacaq. Bu da insanlara əziyyət verməkdir. Bir faktı da qeyd edim ki, bir çox xarici filmlərdə terror, kriminal və digər zorakılıq halları gizli şəkildə təbliğ olunur".
Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə Z. Orucun sonuncu fikrinə "həmin filmlər bizə sırınan filmlərdir" dəyərək cavab verib.
Millət vəkili Qüdrət Həsənquliyev isə ölkədə idman mərc oyunlarının ləğv olunmasını təklif edilib.
Deputatın təklifinə spiker Oqtay Əsədovun cavabı müsbət olub.
Qeyd edək ki, qanuna dəyişikliklərlə bağlı müzakirələr növbəti iclaslarda davam etiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB