Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov 2 fevral Gənclər günü ilə bağlı "Twitter"də təbrik yazıb.
SİA-nın Novruz Məmmədovun şəxsi "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Prezidenti Administrasiyası rəhbəri müavinin təbrikində bu fikirlər yer alıb: "Gənclər günü münasibəti ilə Azərbaycan gənclərini ən xoş arzularla təbrik edirəm. İnanıram ki, onlar Azərbaycanın suverenliyinə, müstəqilliyinə və davamlı inkişafına həmişə sadiq olacaqlar".
Qeyd edək ki, 2 fevral Gənclər günü Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.
1996-cı ildən başlayaraq, Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB