Gənclər günü BSU-də özünəməxsus şəkildə qeyd edilib

Gənclər günü BSU-də özünəməxsus şəkildə qeyd edilib

Bu gün Bakı Slavyan Universitetində Gənclər Günü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və BSU-nun birgə təşəbbüsü ilə baş tutan tədbiri giriş sözü ilə açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev ölkəmizdə gənclərə yüksək dəyərin verilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bir daha diqqətə çatdırıb. Rektor əlamətdar gün münasibəti ilə BSU gənclərini təbrik edib, onlara uğurlar arzulayıb.

YAP Nəsimi təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı öz çıxışında ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilirdiyini deyərək qeyd edib ki, bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması dövlətin gənclərə olan xüsusi diqqətinin ifadəsidir.

Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan BSU-nun bir qrup tələbəsinə A. Hacıyev və M.İbrahimqızı tərəfindən üzvlük vəsiqələri təqdim olunub, xatirə hədiyyələr bağışlanıb.
Nəsimi rayon YAP Gənclər Birliyinin sədri Sərraf Hüseynov gəncləri təbrik edərək, onlara nailiyyətlər arzulayıb.

Tədbirdə tələbələr milli ruhlu musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə