ASA iclas keçirib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Həyat Sığortası komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı"nda nəzərdə tutulmuş həyat sığortasına aid olan məsələlər müzakirə edilib. Yığıncaqda Sığorta Təlim Mərkəzində həyat sığortasına aid kursların təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, sığorta sahəsində investisiya imkanları, eləcə də sığorta bazarında investisiya üçün yeni alətlərin tətbiqi və həyat sığortası şirkətlərinin bu istiqamətdə fəaliyyəti barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə