Bu gün Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral "Gənclər günü" münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Bakı Ali Neft Məktəbinin tələbələrini ürəkdən təbrik edərək onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini ünvanladığını dedi. O bildirib ki, Azərbaycanda gənclərə qayğı dövlət səviyyəsində həyata keçirilən istiqamətlərdən biridir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən "Gənclər siyasəti"nin əhəmiyyətindən danışan Elmar Qasımov bildirib ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb. Azərbaycan gəncliyinin inkişafı, istedadlı, bilikli gənc kadrların yetişdirilməsi üçün gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük önəm verilir. Elmar Qasımov BANM-in iki tələbəsinin bu ilin əvvəlində Böyük Britaniyanın Heriot-Vatt Universitetinə göndərildiyini vurğulayıb. Hazırda Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil alan BANM tələbələri Aida Soltanova və Kamran Əliyev videogörüntü vasitəsi ilə Ali məktəbin bütün tələbələrini, o cümlədən öz qrup yoldaşlarını təbrik edərərək, bütün Azərbaycan gənclərinə öz salamlarını çatdırdılar.
Sonra Bakı Ali Neft Məktəbinin fəaliyyətində yaxından iştirak edən, BANM-ni müxtəlif tədbir, müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbə gənclərin mükafatlandırılması mərasimi olub. BANM rəhbərliyi tərəfindən tədris ili ərzində fəallıq göstərən tələbələr, BANM-də keçirilən müxtəlif daxili intellektual və əyləncəli turnirlərin, III Elmi texniki konfransın, Şahmat turnirinin, o cümlədən təlim kurslarının, həmçinin müxtəlif daxili müsabiqələrin, respublika üzrə keçirilən bir sıra çempionatlarda fəal iştirak etmiş komandaların üzvləri, layiqli BANM təmsiçiləri həvəsləndirici diplomlarla, sertifikatlarla və hədiyyələrlə təltif olunublar. Həmçinin Bakı Ali Neft Məktəbinin 21 tələbəsi idman, 30 tələbəsi elm sahəsində, 241 tələbə isə, ictimai-təşkilati işlərdə göstərdikləri fəalliyyətə görə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB