Ombudsmanın Milli Preventiv Qrupun (MPQ) üzvləri Penitensiar Xidmətin 1, 6 saylı cəzaçəkmə müəssisələrində və, Müalicə Müəssisəsində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.
Müraciətlə əlaqədar Müalicə Müəssisəsində aparılmış araşdırma zamanı məlum olub ki, 16 dekabr 2014-cü il tarixdə bu müəssisəyə daxil olmuş xəstə məhkum M.R. burada ilkin tibbi müayinələrdən keçirildikdən sonra diaqnozu dəqiqləşdirmək və müalicə taktikasını seçmək üçün özəl klinikalardan birində onurğa sütununun döş fəqərələrinin MRT müayinəsi keçirilib. Milli Onkologiya Mərkəzinin həkim-onkoloqu tərəfindən konsultasiya edilib, patoloji nahiyədən bioptat götürülərək histoloji müayinəyə verilib.
Xəstə məhkuma 29 yanvar 2015-ci ildə təkrar həkim-onkoloqun baxışı olub, "Döş fəqərələrinin naməlum ocaqdan metastatik zədələnmələri, terminal mərhələ" diaqnozu müəyyənləşdirilib, simptomatik müalicə məsləhət görülüb. Hazırda xəstənin vəziyyəti ağırdır, simptomatik müalicələr müəssisənin cərrahiyyə şöbəsində davam etdirilir.
Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən müraciətlərlə əlaqədar 1 saylı Cəzaçəkmə Müəssisəsində qəbul edilmiş şəxslərlə, həmçinin 6 saylı CM-in cərimə təcridxanasında saxlanılan məhkumlarla (10 nəfər) fərdi qaydada aparılan söhbət zamanı şikayət daxil olmayıb.
Qəbul edilmiş şəxslərə qaldırdıqları məsələlərlə bağlı Ombudsmanın səlahiyyətləri izah edilib, hüquqi məsləhətlər verilib.
Başçəkmələr zamanı həmin müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr də verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB