Məcburi köçkünlər üçün fərdi yaşayış evləri istifadəyə verilib FOTO
25 il əvvəl Qırğızıstandan Azərbaycana pənah gətirən və Samux rayonunda məskunlaşan 26 ailə üçün Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə yeni mənzillər tikilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, fərdi yaşayış evlərinin inşasına ötən ilin may ayından başlanılıb. Evlər üzvlərinin say tərkibinə uyğun olaraq 1 2 3 və 4 otaqlıdır. Bundan başqa bütün mənzillər məişət əşyları ilə tam təmin olunub. Çıxış edən məcburi köçkünlər onlara yaradılan şəraitə görə minnətdarlıqlarını dilə gətiriblər. Yeni evlərlə tanış olan rəsmilər də şəraiti yüksək qiymətləndiriblər. Qonaqlar ailə üzvləri ilə birgə çay süfrəsi arxasında səmimi söhbət ediblər.
Qeyd edək ki, Samux rayonunda 100-ə yaxın belə ailə yaşayır və onların hər biri mərhələli şəkildə evlə təmin olunacaq. Növbəti il rayonun Lək Əlibayramlı və Çobanabdallı kəndlərində daha 50 fərdi yaşayış evinin inşası nəzərdə tutulub.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB