Payızlıq səpin üçün 400 tondan artıq mineral gübrə gətirilib

Ötən il Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialı payızlıq səpin üçün rayona 450 tondan artıq mineral gübrə gətirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bunun 140 tonu torpaq, 315 tonu isə Azot gübrəsi olub. Bu, əvvəlki illərlə müqayisədə 30 ton çoxdur. Lakin bununla yanaşı ehtiyac yaranarsa filial daha 100 ton mineral gübrə gətirməyi nəzərdə tutub. Həmçinin bu il rayonda texnika çatışmazlığının aradan qaldırılması və əkin sahələrinin vaxtında becərilməsi məqsədi ilə rayona avropa istehsalı olan 3 kombayn, Belarus markalı 3 traktor və 2 ədəd özü yeriyən ot biçən sifariş edilib. Ötən il Aqrolizinq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialının müxtəlif təyinatlı 14 kənd təsərrüfatı texnikasından 100 hektardan çox əkin sahələrinin becərilməsində istifadə olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə