DSX rəisi cənub bölgəsində qəbul keçirəcək

DSX rəisi cənub bölgəsində qəbul keçirəcək

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev fevralın 12-də Lənkəranda cənub rayonlarının sakinlərinin qəbulunu keçirəcək. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Lənkəran Sərhəd Dəstəsində keçiriləcək qəbulda Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları fevral ayının 10-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirə, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlaya və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə