"Aztelekom " İB Gənclər Gününü qeyd edib Fotolar

"Aztelekom " İB Gənclər Gününü qeyd edib Fotolar

Bu gün "Aztelekom"İstehsalat Birliyində 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov açıb. O qeyd edib ki, Ümumilli lider Heydər Əliyev Azərbaycanda Gənclər Gününün qeyd edilməsi üçün ilk addımı atıb: "Hər il olduğu kimi, bu il də 2 fevral Gənclər Gününü qeyd edirik. Bu tarixin çox böyük əhəmiyyəti var. Ümumilli lider gənclərə çox böyük əhəmiyyət verib. Elə ona görə də 2 fevral gününü ölkəmizdə Gənclər Günü elan edib. Bu Ulu öndərin Azərbaycan gənclərinə olan ən böyük hədiyyələrindən biridir. Bu gün Azərbaycanda gənclər sahəsində atılan addımlar, məhz həmin keçmişin günümüzə təzahürüdür. Prezident İlham Əliyev gənclərimizin hər tərəfli inkişafına önəm verir. Bu gün xaricdə gənclərimiz nüfuzlu universitetlərdə təhsil alırlar, idman sahəsində, elm sahəsində uğurlu addımlar atırlar. Bunlar və digər sadaladığımız nailiyyətlər ölkə başçısının gənclərimizə göstərdiyi qayğldan irəli gəlir".

Daha sonra Məhəmməd Məmmədov "Aztelekom"İstehsalat Birliyinin keçdiyi tarixi yoldan bəhs edib. Qeyd edib ki, Birliyin əldə etdiyi inkişaf yolunda gənclərimizin xüsusi rolu olub: ""Aztelekom"İstehsalat Birliyinin bu gün 148 mindən artıq abunəçisi var. 2004-cü ildə Birliyi yaratdığımızda bir çox çətinliklərlə üzləşmişik. Hətta 1 mbit-lik interneti əldə etmək üçün çox böyük əmək sərf olunub. Həmin əldə olunan mbit-lər evlərə paylaşdırılıb. Bu gün isə bu göstərici çox gülməli gəlir. Artıq evlərdə yüksək sürətli internetdən istifadə olunur. Əvvəllər evlərə telefon xətlərinin çəkilişi də çox çətin idi. Bürokratik yolları aşa bilən insanların evlərinə telefon xətti çəkilirdi. Hətta bunun üçün icra nümayəndəliklərində xüsusi komitə də yaradılmışdı və həmin komitənin təstiqindən sonra evə telefon xətti çəkilə bilərdi. Hazırda isə evlərə xətlərin çəkilməsini artıq öz təşəbbüsümüzlə həyata keçiririk. İnsanlar heç bir bürokratik manelərlə qarşılaşmır".

Daha sonra çıxış edən "Aztelekom"İstehsalat Birliyinin Gənclər Təşkilatının sədri Emil Rzayev Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra gördüyü işlərdən danışıb. Yanlış yolda olan gənclərə çağırışlarını vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev 90-cı illərdə Azərbaycandakı daxili qarışıqlığı insan itkisi olmadan sakitləşdirə bilmiş, gəncləri Azərbaycançılıq qayəsi altında birləşdirə bilmişdi.

"Aztelekom"İstehsalat Birliyinin Gənc Yaradıcıların İctimai Mərkəzinin sədri Razı Tağıyev isə mərkəzin fəaliyyət sahələri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Mərkəzin qurulmasında əsas məqsədin gənclərin yaradıcılıq qabiliyyətlərinin aşkar edilərək inkişaf etdirilməsi olduğunu qeyd edib. R. Tağıyev Mərkəzin rəsmi internet səhifəsinin qurulacağı və jurnal çap etdirəcəyini də sözlərinə əlavə edib.

Tədbirin davamında "Aztelekom"İstehsalat Birliyinin rayonlardakı şöbələrinin nümayəndələri çıxış edərək 2 fevral Gənlər Gününün əhəmiyyətindən danışıblar. Sonda "Aztelekom"İstehsalat Birliyində aktiv fəaliyyət göstərən gənclərə pul mükafatı və fəxri fərmanlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə