Qüdrət Həsənquliyev: “Biz qanunda xəstəlik hesab etdiklərimizi müalicə etməliyik”
"Son zamanlar narkomaniya bəlasına qurşanan gənclərin, xüsusilə də gənc qızların əhatə dairəsi genişlənir. Bütün dünyada yayılmaqda olan bu bəla bizdə də geniş yayılır". SİA-nın məlumatına görə, bu fikirlər Milli Məclisin yaz sessiyasında narkomaniya ilə bağlı qanun layihəsinə baxılmasını təklif edən millət vəkili Qüdrət Həsənquliyevə məxsusdur.
Millət vəkili diqqətə çatdırıb ki, bu gün həbsxanada yatan məhbusların təqribən 30 faizi narkomanlardır: "Biz qanun qəbul edəndə müəyyən etmişik ki, hansı miqdarda narkotik maddə şəxsi istifadə üçün qəbul edilə bilər və neçə qram olanda satış məqsədi daşıyır. Bizdə ən çox istifadə olunan marixuana və tiryəkdir. Biz qanunda yazmışıq ki, narkomaniya xəstəlikdir. Bizim cəzaçəkmə müəssisələrimiz xəstəxana deyil. Əgər biz qanunda bunu xəstəlik hesab etmişiksə, deməli, onları müalicə etməliyik. Son zamanlar çoxlu sayda həbslər var. Daha çox onu istifadə edənlər və aparıb-gətirənlər tutulur. Əsas şəxslər tutulmur, çünki onlar burada olmurlar. Biz çalışıb sindikatı ifşa etməliyik. Azərbaycanda da, xaricdə də narkobaronlar özləri çalışıb digər narkobaronları ifşa edir, həbsə salmaq istəyirlər. Biz çalışmalıyıq ki, dövlət strukturlarının iştirakı ilə dinləmələr keçirək. Biz bu qanunu dəyişməliyik. İndi məktəbliləri, tələbələri bu xəstəliyə təşviq edirlər".
"Son zamanlar oğurluq cinayətləri artır. Yaşlı insanların evinə girib qətlə yetirir, 3-5 manat götürürlər. Narkomaniya başqa cinayətlərə də yol açılır. Məncə, məktəblərdə, universitetlərdə ciddi təbliğat aparılmalıdır. Bu bəlaya qarşı mübarizə üçün ilk olaraq qanunvericiliyə baxmalıyıq. Narkoman olmaq cinayətkar olmaq deyil, xəstəlikdir. Dünya təcrübəsi bunu deyir. Onları həbsxanalara doldurmaq lazım deyil. Mən çox istərdim ki, biz bu sessiyada qanunvericiliyi müzakirə edib, dəyişikliklər edək" – deyə, millət vəkili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB