Daxili işlər naziri Ramil Usubov Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qəbulu fevralın 28-də saat 10.00-da başlayacaq.

Qəbulda Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayil, İmişli, Zərdab, Saatlı rayonlarından olan vətəndaşların müraciətinə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə