Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun (MQF) birgə təşkilatçılığı ilə "Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, Xocalı faciəsi bəşər tarixinin qanlı səhifəsidir: "Biz tarixə ekskursiya etməliyik. Rusiya və İran arasında Gülüstan və Türkmənçay müqavilələri bağlanandan sonra Azərbaycan xalqı soyqırımılarına məruz qalıb. İstər 1905-1907-cı illərdə, istərsə də II Dünya Müharibəsindən sonra Ermənistanda yaşayan azərbaycanlılar sürgün olunub, qətlə yetirilib. 1918-c ilin martında ermənilər Bakıda soyqırım törədib. Xocalıq soyqırımı isə bu soyqırımların zirvəsində dayanır".
Tədbirdə çıxış edən ATXƏM sədri İlham İsmayılov Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, ATXƏM bu il fevralın 25-də Brüsseldə Avropa Parlamenti önündə mitinq keçirəcək: "Artıq mitinqin təşkil olunması üçün yerli qurumlara müraciət etmişik. Hər kəs, o cümlədən QHT-lər bu soyqırımın dünyaya çatdırılmasında fəal iştirak etməlidir. Çünki son zamanlar cəmiyyətdə də bu hadisələrə bir laqeydlik müşahidə olunur".
Milli QHT Forumunun prezidenti Rauf Zeyni 1992-ci ilin fevralında ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən və bu soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Azərbaycan dövləti Xocalı soyqırımının tanıdılması istiqamətində əməli fəaliyyət göstərir. Onun sözlərinə görə, soyqırımla bağlı bir sıra dövlətlər, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir,Xocalı faciəsini tanımaq istəmirlər.
Tədbirdə çıxış edən Moldova Ombudsmanı Aurelia Qriqoriu öz çıxışında vurğulayıb ki, Dağlıq Qarabağda baş verən hadisələr və 20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir: "Mən bir Ombudsman, parlament vəkili və hüquqşünas kimi deyirəm ki, Xocalı soyqırımını törədən cinayətkarlar İnsan Haqları üzrə Haaqa Məhkəməsində, Beynəlxalq Hərbi Tribunalda mühakimə olunmalıdır. Genosidlə bağlı Beynəlxalq konvensiyalarda genosidi törədənlərə hüquqi-siyasi qiymət verilməlidir. İrəvandakı çıxışım zamanı da bütün həqiqətləri ermənilərin diqqətinə çatdırdım. 23 il keçməsinə baxmayaraq, bu faciəyə hüquqi qiymət verilməyib.
Hesab edirəm ki, BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır".
Geniş müxakirələrin getdiyi tədbirdə çıxış edən digər QHT və KİV rəhbərləri öz çıxışlarında Xocalı faciəsinin XX əsrdə dünyanın ən dəhşətli soyqırımı olduğunu qeyd edərək, bu soyqırımın dünyada tanıdılması və qəbul olunması üçün səylərin daha da artırılmasını vacib sayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB