Əsgər ölümü ilə bağlı üç nəfər həbs olundu

Onlardan ikisinin atası yüksək vəzifəli şəxslərdir

Ermənistan hərbi hissələrinin birində baş verən əsgər (kursant) ölümü ilə bağlı aparılan istintaq nəticəsində bəlli olub ki, onun həyatına son qoyanlardan iki nəfər yüksək vəzifə tutan məmurların övladlarıdır. SİA xəbər verir ki, bu barədə ölkənin "qraparak" qəzeti yazıb. Qəzetin yazdığına görə, Ermənistanın hərəbi institunun müdavimi Aykaz Barseqyanın idman qurğusundan asılı vəziyyətdə aşkar ounmuş meyiti üzərində digər xəsarət izləri də tapılıb. Artıq, faktla bağlı üç nəfər – Movses Azaryan, Qnel Tevosyan və Norik Saakyan həbs olunub. Onlar da eyni hərbi institutda təhsil alan kursantlardırlar. Həbs olunan kursantlardan birini atası hüquq-mühafizə orqanlarında yüksək vəzifədə, digəri isə həmin institutun rəis müavini vəzifəsində çalışır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə