İlahiyyatçı Elşad Mirinin evinə oğrular girib. Bu haqda SİA-ya ilahiyyatçının özü məlumat verib: "1 həftə əvvəl yenə ölüm təhdidi aldım. İndi isə evimizə oğru(lar) daxil olub hər şeyimizi aparıblar. Uca Allahımıza şükürlər olsun, ailəmin 2 saat evdə olmadığı vaxt hadisənin baş verməsi sevindirici haldır. Evdən isə əllərinə keçən pul, qızıl, bahalı əşya və texnikalarımızı aparıblar. Bilmirəm, bu xəbərdarlıqdır, yoxsa adi oğurluq? Ümid edirəm ki, inşaAllah müsbət nəticəsi olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB