Sürücülərin nəzərinə! yol açıldı

Sürücülərin nəzərinə! yol açıldı

Bakıda təmirə bağlanmış yol istismara verilib. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, Səməd Vurğun küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə