Samuxda kənd təsərrüfatı idarəsinin yeni inzibati binası inşa edilir

Samuxda kənd təsərrüfatı idarəsinin yeni inzibati binası inşa edilir

İnşasına keçən ilin sentyabr ayında başlanan Samux Rayon Kənd Təsərrüfatı idarəsi üçün yeni inzibati binada son tamamlama işləri görülür. SİA nın verdiyi məlumata görə, rayondakı kənd təsərrüfatına aid bütün strukturların yerləşəcəyi binanın ümumi sahəsi 1600 kvadratmetrdir. İkimərtəbəli binada müasir aqrokimya, süni mayalama və bitki mühafizə laboratoriyalarının yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, yeni inzibati binanın bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə