Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən elan olunmuş "Təhlükəsiz iş ongünlüyü" ilə əlaqədar SOCAR-ın Ekologiya İdarəsinin bütün istehsalat sahələrində seminarlar keçirilib. SİA-nın məlumatına görə, seminarlarda "Təhlükəsiz əmək şəraiti", "Fərdi mühafizə vasitələrindən istifadə", "Təhlükəli vəziyyət və təhlükəli hərəkət", "İş yerlərində sağlamliq, təhlükəsizlik, ətraf mühitin mühafizəsi ilə tanışlıq" mövzularında maarifləndirici təqdimatlar olub. İşçi personala Azərbaycan Respublikası Konstitusiyasının, Əmək Məcəlləsinin müddəaları haqqında, eləcə də respublikamızın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının 57 konvensiyası, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyası haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, əməyin mühafizəsi sahəsində Azərbaycanda dolğun qanunvericilik bazasının formalaşdırılması və 1997-ci ildə vətəndaşların əmək hüquqlarının təmin olunmasına nəzarəti həyata keçirən Dövlət Əmək Müfəttişliyinin yaradılması dövlətin bu sahəyə xüsusi diqqətinin nəticəsidir. Müzakirələr aparılmış, əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində təkliflər dinlənilib.
Qeyd edək ki, "Təhlükəsiz iş ongünlüyü" Ekologiya İdarəsinin istehsalat sahələrində fevralın 5-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB