YAP GB "Gənclər günü" ilə əlaqədar tədbir keçirir

YAP GB "Gənclər günü" ilə əlaqədar tədbir keçirir

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 Fevral "Gənclər günü" ilə əlaqədar tədbir keçirir. SİA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spiker Bahar Muradova, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, gənc fəallar və KİV nümayəndələri iştirak edirlər.

Tədbirdə YAP GB-nin ötən ilki fəliayyətini əks etdirən hesabat xarakterli foto-slayd təqdim edilib.

Tədbir davam edir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə