Bu gün Xəzər rayon Gənclər və İdman idarəsi "2 Fevral Azərbaycan Gənclər günü" münasibətilə bayram tədbiri keçirib. Tədbir Gənclər evində rayonun istedadlı gənclərinin rəsm sərgisinə baxışla başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əliyev, YAP-nın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak ediblər.
Tədbirin rəsmi hissəsində rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əliyev, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev cıxış edərək gəncləri təbrik etmişlər, daha sonra gənclər siyasəti sahəsində nəaliyyətlər əldə etmiş gənclərə diplomlar xatirə hədiyyələri təqdim olunub.
Tədbirin bədii hissəsi estrada ulduzlarının cıxışı ilə davam edi .
Tədbirdə 100 gənc iştirak edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB