Gənclər günü Xəzər rayonunda qeyd edilib FOTOLAR

Gənclər günü Xəzər rayonunda qeyd edilib FOTOLAR

Xəzər rayon Gənclər və İdman İdarəsi "2 Fevral Azərbaycan Gənclər günü" münasibətilə bayram tədbiri keçirib. SİA-nın xəbərinə görə, tədbir Gənclər evində rayonun istedadlı gənclərinin rəsm sərgisinə baxışla başlayıb. Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əliyev, YAP-nın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və 100 gənc iştirak edib.

Tədbirin rəsmi hissəsində rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əliyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək gəncləri təbrik ediblər, daha sonra gənclər siyasəti sahəsində nailiyyətlər əldə edən gənclərə diplomlar xatirə hədiyyələri təqdim olunub.

Tədbirin bədii hissəsi estra ulduzlarının çıxışı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə