AMEA Şəkidə ümumi yığıncaq keçirib

AMEA Şəkidə ümumi yığıncaq keçirib

AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi yığıncağı keçirilib. SİA-nın məlumatına görə, yığıncaqda Elmi Şuranın yeni tərkibi seçilmiş, mərkəzin yeni strukturu müəyyənləşdirilib, illik hesabat müzakirə edilmiş, təşkilati məsələlərə baxılıb. İclasın sonunda Geokimya laboratoriyasının rəhbəri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəylinin "Yer qabığında baş verən ehtizasi hərəkətlər və geokimyəvi mühit tipləri arasındakı qarşılıqlı əlaqələrə dair" mövzusunda məruzəsi müzakirəyə çıxarılıb.

ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və elmi işlər üzrə direktor müavini, geologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizovun Elmi Şura haqqında verdikləri məlumatdan və elmi katib Vüqar Abdurahmanov elmi şuranın yeni tərkibdə nəzərdə tutulan üzvlərinin siyahısını təqdim etdikdən sonra səsvermə yolu ilə mərkəzin 17 nəfər əməkdaşı Elmi Şuranın üzvü seçilib.

Toplantıda ŞREM-in struktrur vahidlərinin – "laboratoriya"ların adlarının dəyişdirilərək "şöbə" adlandırılması qərara alınıb. AMEA tərəfindən 2014-2020-ci illər üzrə təsdiq edilmiş elmi-tədqiqat işlərinin istiqamətlərinə əsasən tərtib edilmiş iş planlarına aydınlıq gətirilib. İclasda 2015-ci ilin fevral ayında AMEA-da keçirilməsi nəzərdə tutulub. 2014-ci ilin hesabat yığıncağında təqdim ediləcək ŞREM-in hesabatı müzakirə edildikdən sonra g.-m.ü.f.d. H.Mustafabəylinin "Yer qabığında baş verən ehtizasi hərəkətlər və geokimyəvi mühit tipləri arasındakı qarşılıqlı əlaqələrə dair" mövzusunda məruzəsi dinlənilib və məruzə ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə