YAP gəncləri Gəncədə yürüş etdilər FOTOLAR

YAP gəncləri Gəncədə yürüş etdilər FOTOLAR

2 fevral - Gənclər Günü münasibətilə YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyi yürüş təşkil edib. SİA-nın xəbərinə görə, birliyin 540-dan çox könüllü üzvünün qatıldığı yürüş YAP Gəncə şəhər təşkilatının binası önündən başlayıb. Gənclər şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Cavadxan küçəsinə yürüş ediblər. Burada şəhərin fəal gəncləri maraqlı kompozisiyalar nümayiş etdiriblər. Şəhərin gənclərdən ibarət nağara ritm, rəqs, eləcə də gitara ifa edən qrupları bacarıqlarını göstəriblər.

Həmçinin yürüş iştirakçıları 60-a yaxın gənc rəssamın əsərinə də tamaşa ediblər. Sonda şəhərin orta ümumtəhsil məktəblərinin şagirdləri hərbi paltarda keçid ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə