Azad Rəhimov: “Gəncləri kosmik sənayenin inkişafına yönəldirik” AÇIQLAMA

Azad Rəhimov: “Gəncləri kosmik sənayenin inkişafına yönəldirik” AÇIQLAMA

"Hazırda yeni elmi həvəsləndirmələrlə bağlı işlər görülür, yəni fundamental elmə həvəsləndirmə işləri aparılır". SİA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) 2014-cü il üzrə I hesabat-seçki konfransı zamanı çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, Nazirlik və Gənclər Fondu tərəfindən gənclərin beynəlxalq fəaliyyəti ilə bağlı işlər görülür. Lakin artıq gənclərin fəaliyyətləri istiqamətlərə yönəldilib: "Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Gənclər Fondu gənclərlər bağlı bir sıra layihələr həyata keçirib. 2013- 2014-cü illərdə gənclərin beynəlxalq forumları keçirilib. Xaricdə keçirilən beynəlxalq tədbirlərdə gənclərimiz iştirak edib. Elmə ayrılan vəsaitlər yeni istiqamətlərə yönəlib. Belə ki, artıq gənclərimizi kosmik sənayenin inkişafına yönəldirik. Biz əminik ki, bu işlər uğurla davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə