"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200" beynəlxalq kollokviumunu keçiriməklə faktiki olaraq öz fəaliyyətinə başlayır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib.
O bildirib ki, Mərkəzin Azərbaycanın multikulturalizm təcrübəsinin təşviq edilməsi ilə bağlı çox geniş planları var: "Mərkəz xarici ölkələrdəki universitetlərdə, müxtəlif qurumlarda Azərbaycan multikultural təcrübəsini öyrənmək, təhlil və təşviq etmək kimi bir sıra məsələləri qarşısına məqsəd qoyub. Güman edirəm ki, müxtəlif dünya, eyni zamanda, Azərbaycan universitetlərində, qurumlarında biz multikulturalizmin Azərbaycan təcrübəsini təqdim edə biləcəyik. Əgər, dünya ictimaiyyəti Azərbaycan multikulturalizmindən xəbərdar olub, bu təcrübəni öyrənsəydilər, bəlkə də Avropa ölkələrinin başına son zamanlar şahidi olduğumuz bəlalar gəlməzdi".
K. Abdullayev deyib ki, xarici ölkələrdən gələn qonaqlar, bu barədə məlumatı olanlar Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bir-birinə olan münasibətini gördükdə təəccüb edirlər: "Bu, məmnunluqdan doğan təəccübdür. Onlar tez-tez sual verirlər ki, necə olur Azərbaycanda müsəlman dini lideri ilə katolik, pravoslav, yəhudi dini liderləri bir-birilə mehriban münasibətdə yaşayırlar? Əslində bu sualın cavabı var. Cavab oldur ki, Prezident İlham Əliyev bütün bu dini konfessiyalara, milli-dini icmaların nümayəndələrinə eyni gözlə, bərabər siyasi münasibətlə yanaşır. Onlar da bir-birinə münasibətini bu siyasi bərabərhüquqluluğun əsasında qura bilirlər. Deməli, hər şeyin əsasını Prezident İlham Əliyevin qurduğu siyasət, eləcə də ulu öndər Heydər Əliyevin relsə qoyduğu siyasi-ictimai xətlər müəyyənləşdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB