TUMİB yeni layihənin icrasına start verib

TUMİB yeni layihənin icrasına start verib

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği" adlı layihənin icrasına start verib. SİA-nın məlumatına görə, bu gün mətbuat konfransında TUMİB sədri Çingiz Bayramov 2 fevral Gənclər Günü münasibəti ilə Azərbaycan gənclərini təbrik edib. Ç.Bayramov AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin "2015-2025- ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" nın gəncliyinə göstərilən diqqət və qayğının göstəricisi olduğunu ifadə edib: "Ölkəmizin bütün gənclərini yaxından düşündürən problemlər strategiyada öz əksini tapıb. İnanıram ki, azərbaycanlı olmaq şərəfinə nail olan hər bir gənc bu müqəddəs adı daha da yüksəltmək üçün tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcəkdir".

Daha sonra natiq layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin davam edəcəyi 3 ay müddətində müxtəlif seminarlar və müsabiqələr təşkil olunacaq. Gənclərin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı lazımi səviyyədə maarifləndirilməsi üçün Bakı, Şəmkir, Qəbələ və Salyan şəhərlərində təlimlər keçiriləcək. Eyni zamanda, 18-29 yaşları olan gənclər arasında Vətənə məhəbbət hissinin və milli şüura sahib olmanın incəliklərinin aşılanması məqsədilə vətənpərvərlik ruhunda şeir, mahnı, rəsm müsabiqələri, eləcə də gənc jurnalistlər arasında yazı müsabiqəsinin təşkili nəzərdə tutulub. Müsabiqələrdə qalib gələnlərə mükafatlar və diplomlar təqdim ediləcəkdir.

Müsabiqəyə təqdim edilən əsərlər Azərbaycanın tanınmış ziyalılarından ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir.

Qeyd edək ki, müsabiqənin qalibləri üçün təyin edilmiş mükafatlar belədir:

1-ci yerin qalibi üçün – 150 manat

2-ci yerin sahibinə - 100 manat

3-cü yerin qalibinə - 50 manat

4-cü yerin qalibinə də - 50 manat.

Bütün xəbərlər Facebook səhifəmizdə