Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının 2014-cü il üzrə I Hesabat-seçki Konfransı işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, gənclər və idman naziri Azad Rəhimov, digər dövlət qurumların nümayəndələri, elmi dərəcəyə sahib gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edir. Hazırda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2014-cü il üzrə hesabatı səsləndirilir. Digər çıxışlardan sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinə yeni üzvlərin seçkisi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB