Respublikaçı senator Con Makkeyn ABŞ siyasətçilərinin bu günə qədər formalaşmış imicinə ən ağır zərbə vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin keçmiş müşaviri, dünyanın ən məhşur siyasətçiləri sırasında nəhənglərdən sayılan Kissincerə etiraz edənləri təhqir edən C.Makkeyn onları həbslə hədələyib.
Xəbərdə deyilir ki, Parlamentin hərbi məsələlər komitəsində keçirilən dinləmələrə qatılan Makkeyn və Kissencer əllərində müxtəlif lozunqlar tutan etirazçılarla qarşılaşıblar. Əsas hədəf isə 91 yaşlı Kissencer olub.
"Mən bu komitədə uzun illərdir ki, çalışıram. Amma belə aşağılayıcı halla rastlaşmamışam. Ya siz səsinizi kəsməlisiniz, ya da mən elə edərəm ki, sizi həbsə atsınlar", deyə senator Makkeyn aksiya iştirakçılarına sərt şəkildə bildirib.
"Rədd olun burdan, yarımçıq kirlər!", deyən senatoru sakitləşdirmək heç də asan olmayıb. Bundan sonra polis etirazçıları zaldan zorla çıxarıb.
Bu da ABŞ-ın siyasi məsələlərə tolerant münasibəti. Senator Makkeynin timsalında da görmək olar ki, ABŞ siyasətçiləri heç də mətbuatın yazdığı kimi "demokratik prinsipləri həyatının kredosu hesab edən" ali insan tipi deyillər. Özlərinə lazım olanda siyasətdən qoçuluğa da keçirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB